Niyə Gymboree?

Nə üçün Gymboree uşaqlarla məşğələlərin təşkilində dünya lideridir?

30 ildən artıqdır ki, Gymboree Play & Music şirkəti uşaqların özlərinə inam hissi və yaradıcılıq qabiliyyətini uğurla inkişaf etdirir. Hazırda dünyanın 30 ölkəsində 600 Gymboree mərkəzi fəaliyyət göstərir və bu bizə erkən yaşlı uşaqlar üçün inkişafetdirici proqramlar arasında dünya lideri olduğumuzu deməyə əsas verir. Ekspertlər tərəfindən müxtəlif yaş qrupları üçün işlənilib hazırlanmış məşğələlər oyun şəklində uşaqların idrak prosesini və ictimai, fiziki bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bizim proqramlarımız həmçinin uşaqların inkişafı prosesinə valideynlərin cəlb olunmasına, onların iştirakına və məlumatlanmasına şərait yaradan unikal yanaşmaya görə rəğbət qazanmışdır.

Biz – uşaqların erkən yaşlarda inkişafı proqramları sahəsində peşəkarıq

Məşğələlərimizin proqramı Zero to Three® şirkəti ilə əməkdaşlıqda işlənib hazırlanmışdır, bu isə erkən inkişafetdirici təhsildə ən yüksək keyfiyyətin əldə olunmasına zəmanət verir.

Gymboree mərkəzlərində Sizi oyun və təhsil üçün təhlükəsiz və müasir şərait

gözləyir

Biz uşaqların rahat hərəkət edəcəyi, oynaya biləcəyi və ətrafını öyrənə biləcəyi şəraitin yaradılmasını təmin edirik. Unikal avadanlığımız dünyada qəbul olunmuş uşaq meydançalarının konstruktoru 30 il iş təcrübəsi olan Cey Bekvit tərəfindən işlənilib hazırlanmışdır. O, uşağa lazım olan hər şeyi nəzərə almışdır. Oyunlar üçün şərait tələbkar valideynin öz uşağı üçün arzuladığı ən yüksək standartlara cavab verir.

Tariximiz

Gymboree şirkətinin əsası 1976-cı ildə qoyulmuşdur. Joan Barnes Kaliforniyanın Marin dairəsində öz uşağı ilə birlikdə məşğələ və oyunlar keçirilməsini təklif edən bir yer axtarırdı. Joan axtarışlarının heç bir nəticə vermədiyini görəndə əsl sahibkar kimi davranaraq, öz proqramını təşkil etməyə qərar verir.. Elə həmin vaxtdan Gymboree valideynlərin və onların uşaqlarının yaradıcılıq həvəsini ruhlandırır və onlara ilham verir.